Rəşt-Astara dəmir yolu layihəsində Azərbaycan 50% paya malik olacaq
Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsinin icrasına 500 milyon dollarlıq investisiya qoymaqla, bu layihədə 50 faizlik paya malik olacaq.
Bu sözləri İranın yol və şəhərsalma nazirinin müavini Əsğər Fəxriyə Kaşan deyib. O bildirib ki, Rəşt-Astara dəmir yolu layihəsinin icrası ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi istifadəyə hazır vəziyyətə gətirilmiş olacaq və bu marşrutdan istifadə edərək, Hindistan və Çin öz məhsullarını Mərkəzi Asiya, Azərbaycan, Rusiya və Avropaya nəql edə biləcək.
Nazir müavini həmçinin qeyd edib ki, Rəşt-Astara dəmir yolunun istifadəyə verilməsi ilə İranın cənubundan yüklərin Avropaya göndərilməsi də xeyli asanlaşacaq və ölkənin valyuta gəlirləri artacaq.
Ə.F.Kaşan İtaliya, Rusiya və Çin şirkətlərinin də Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu layihəsinə investisiya yatırmaq istəklərini bildirib.
Mənbə:> AzerTac