Prezident təhsil nazirinin müavinini vəzifədən azad etdi
Təhsil nazirinin müavini Mətin Eynullayev vəzifəsindən azad edilib.
APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
M. Eynullayev Vergilər Nazirliyində yüksək vəzifəyə təyin edilib.
Vəzifəsinin icrasına başlayan M. Eynullayev yanvarın 19-da Vergilər Nazirliyində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.
Mənbə:> APA