Türkiyədə dollara bağlı şok qərar verildi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

Türkiyədə dollara bağlı şok qərar verildi

Türkiyədə dollara bağlı şok qərar verildi


Türkiyənin Mərkəzi Bankı volatilliyin (dəyişkənliyin) artması ilə əlaqədar gündəlik satış hərraclarının keçirilməsi üzrə tenderlerə dəyişiklik etmək barədə qərar verib.

AzNews.info-nun ANS PRESS-ə istinadən məlumatına görə, Mərkəzi Bank milli valyutanın sabit saxlanılması üçün müəyyən güzəştlərə gedəcək.

“Valyuta bazarında yaranmış vəziyyətlə əlaqədar fevralın 27-dən etibarən valyuta hərracları üzrə kompensasiyaların məbləği gündəlik olaraq müəyyən ediləcək. Belə ki, ehtiyac olarsa gündəlik satış hərracları 50 fazi artırılaraq 40 milyon dollardan 60 milyon dollara artırılacaq”, deyə MB-nin açıqlamasında bildirilir.

Bu açıqlamadan sonra Türkiyədə dollar dərhal ucuzlaşıb. Belə ki, 1 dollar 2,50 lirədən aşağı düşüb. Qeyd edək ki, Türkiyədə son günlər dollar kəskin bahalaşaraq 1 dollar 2,51 lirə təşkil edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *