Dolların mayın 8-nə olan məzənnəsi açıqlandı
Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 8-nə olan USD/AZN məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7026 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb.
Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu. Bu gün isə dolların məzənnəsi 1,7025 manat olub.
Mənbə:> Oxu.Az