Paytaxtda şadlıq sarayları toy sahibinə icarəyə veriləcək – VİDEO
Rayonlarda şadlıq sarayları təcrübəsi Bakıdakı kimi deyil. Bakıda saraylar bütün xidmətləri özləri edir, ümumi məbləğ tələb edirlər.
Rayonlarda isə əksinə, şadlıq sarayı sadəcə icarəyə götürülür, bütün xidmətləri isə toy sahibi özü görür. Bu isə ucuz başa gəlir.
Son vaxtlar toyların azalması Bakıdakı şadlıq saraylarının da bu metoda əl atmasına səbəb olub. Artıq bir neçə saray icarə haqda qərar qəbul edib.
Ehtimal edilir ki, tezliklə bir çox şadlıq sarayı da icarə taktikasından istifadə edəcək.
AzNews.info mövzu ilə bağlı ətraflı videomaterialı “Xəzər Xəbər”ə istinadən təqdim edir.
Mənbə:> XəzərXəbər