“Kapital Bank”a icazə verildi
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 30 mart 2017-ci il tarixli qərarına əsasən “Kapital Bank” ASC-nin “Dəmiryol” şöbəsinin açılması üçün icazə verilib.
Palatadan “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, sözügedən bank tərəfindən struktur bölmənin fəaliyyətə başlaması üçün MBNP-yə daxil olmuş müraciət müsbət dəyəndirilmiş və şöbənin açılmasına dair qərar qəbul edilib.
Direktorlar Şurası “Kapital Bank” ASC-nin Bakı şəh., Nəsimi r-nu F.Əmirov 24 (2 saylı ASAN Kommunal) ünvanında yerləşən “Dəmiryol” şöbəsinin açılmasına icazə verib.
Mənbə:> Qafqazinfo.az