Azərbaycan Ukraynaya səyyar hospital bağışlayacaq
Azərbaycan hökuməti yayın əvvəlində Ukraynadakı Zaporojye hərbi hospitalına əməliyyat və reanimasiya otaqları olan daşınan-təkərlər üzərində fəaliyyət göstərən səyyar hospital bağışlamağı planlaşdırır.
AzNews.info virtualaz.org-a istinadən bildirir ki, bu haqda Zaporojye Vilayət Administrasiyasının başçısı Konstantin Brıl öz Facebook səhifəsində yazıb.
Başçı qeyri-adi hədiyyə ilə bağlı razılığı Regional İnkişaf Agentliyinin fəal işinin nəticəsi adlandırıb.
Mənbə:> Virtualaz.org