Bələdiyyələr sakinlərə hesabat verməli olacaqlar » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bələdiyyələr sakinlərə hesabat verməli olacaqlar

Bələdiyyələr sakinlərə hesabat verməli olacaqlar


Azərbaycanda bələdiyyələr yerli büdcənin xərclənməsi ilə bağlı mütəmadi olaraq vətəndaşlara məlumat verməli olacaqlar.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanununa əlavələr layihəsində əksini tapıb.

Layihəyə əsasən, qanunun 13-cü maddəsinə belə bir cümlə əlavə olunur: “Yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim etdiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *