Azərbaycanda pensiya islahatları: Qocalığa qənaət?
“Ölkəmizdə özəl pensiya fondu yoxdur və bütün pensiyalar dövlət büdcəsindən ödənir, ona görə də hökumət vətəndaşların pensiyaya mümkün qədər gec çıxmalarında maraqlıdır”.
Oxu.Az Echo.az-a istinadən xəbər verir ki, bu barədə müstəqil iqtisadçı Seyfəl Əliyev bildirib.
S.Əliyev qeyd edib ki, Azərbaycanda pensiya yaş həddinin artırılması tamamən realdır.
“Əhalinin sayı, bununla yanaşı, pensiyaçıların sayı və dövlətin pensiya ödəmələrinə xərcləri də artır”, - S.Əliyev qeyd edib.
Ekspertin sözlərinə görə, əgər bu yaxınlara qədər büdcədən pensiya məsrəflərinə köçürmələrin məbləği 400 milyon manatdan ibarət idisə, hazırda bu məbləğ 1 milyarda yaxındır.
“Məhz bu səbəbdən də düşünürəm ki, yaxın gələcəkdə hökumət pensiya yaşının artırılması məsələsinə ciddi şəkildə dəyişiklik edəcək. Qazaxıstana gəldikdə isə bu ölkədə yaşlılıq vergisinə dair qanun layihəsinin qəbul ediləcəyini düşünmürəm”, - S.Əliyev bildirib.
Öz növbəsində Dayanıqlı inkişaf Mərkəzinin rəhbəri Nəriman Ağayev bildirib ki, bu gün pensiya məbləği pensiyaçının 12 il işi əsasında hesablanır.
“Yəni əgər insan 114 ay pensiyası üçün işləyibsə, qalan illərini dövlət ödəyir. Amma bizdə az insan 75 yaşına qədər yaşayır, ona görə də Azərbaycan üçün pensiyaların ödəməsində problem yoxdur. Əgər Qazaxıstanda təklif edilmiş qanun layihəsinə baxsaq, Azərbaycanda pensiyaçıların təxminən bir faizi 80 yaşına çatır. Ümumiyyətlə, bu ölkədə hazırlanmış qanun layihəsi humanist deyil və mən əminəm ki, qəbul edilməyəcək”, - ekspert deyib.
Sosioloq Azər Allahverənov qeyd edib ki, vətəndaşlarına hörmət edən heç bir ölkə bu qanunu qəbul etməz.
“İnkişaf etmiş Qərb ölkələri əksinə, uzunömürlülərin sayının artması üçün çalışırlar, onlar üçün gözəl yaşayış şəraiti yaradırlar, yüksək pensiyalar ödəyirlər. Avropa əhalisinin yaşlanmasına baxmayaraq, orada heç kim belə qanunlar qəbul etməyi düşünmür”, - o deyib.
“Azərbaycanda həmçinin əhalinin uzunömürlülüyü, yaşlı insanların sayı artır, amma gənc əhali daha çoxdur, bu mənada da ölkəmizin problemi yoxdur”, - Allahverənov bildirib.
Qeyd edək ki, Azərbaycanda qadınların və kişilərin pensiya yaş həddi 65-ə çatdırılacaq. Bu məsələ “Əmək pensiyası” qanununa dəyişikliklər layihəsində əks edilib. Layihəyə görə, kişilərin pensiya yaş həddi hər il 2021-ci ilə qədər, qadınların pensiya yaş həddi isə 2027-ci ilə qədər hər il altı ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaş həddi 65-ə çatıdırılacaq. Qanun layihəsi qəbul edildiyi təqdirdə, 2017-ci ilin iyul ayının 1-də qüvvəyə minəcək.
Bununla yanaşı, müvəqqəti iqtisadi çətinliklərlə əlaqədar, eləcə də pensiya fondunda mövcud olan məhdud maliyyə resursları səbəbi ilə bir sıra Qazaxıstan iqtisadçıları və politoloqları Qazaxısan Müsəlmanlar İttifaqına və Mərkəzi Asiyada insan haqları üzrə müsəlman komitəsinə yaşama həddini 80 yaşa qədər məhdudlaşdıran qanun layihəsi təklif edib.
Təklif edilən qanun layihəsinə görə, bu yaş həddini keçən vətəndaşlar xüsusi cərimə ödəməlidirlər, cərimənin məbləği yaş artdıqca artacaq. Bundan başqa, bu kateqoriyaya daxil olan insanlara tətbiq edilən vergilərin artırılması və bir sıra məhdudiyyətlərin qoyulması təklif edilib. Yeni qanunun müəllifləri hesab edirlər ki, təklif edilən tədbirlər pensiya fondunun vəsaitinə qənaət edəcəyini və bu vəsaitin ölkə iqtisadiyyatının möhkəmləndirilməsinə yönləndiriləcəyini hesab edirlər.
Mənbə:> Oxu.az