Azərbaycanda siqaret qıtlığı müşahidə olunur » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda siqaret qıtlığı müşahidə olunur

Azərbaycanda siqaret qıtlığı müşahidə olunur


Azərbaycanda siqaretin topdansatışı ilə məşğul olan firmalar satışı dayandırıb.

Aznews.info Fins.az-a istinadən xəbər verir ki, bu barədə siqaret satışı ilə məşğul olan bir neçə kiçik sahibkar məlumat verib.

Sahibkarların sözlərinə görə, siqaretlərin nağdsız satışına keçildikdən sonra firmalar topdansatışı, demək olar ki, məhdudlaşdırıb.

Bu barədə məlumat verən iş adamının sözlərinə görə, siqaretin nağd satışı dayandırıldıqdan sonra hesabına pul köçürüb, firmalardan siqaret istəsə də ona bildirilib ki, siqaret yoxdur, satış dayandırılıb: “Mən şəxsən 25 min manat pul ödəmişəm. Tanış sahibkarlar var ki, onlar hesablarına 50 min manata yaxın pul köçürüblər. Bununla belə, firmalar heç kimə siqaret vermir”.

Əldə etdiyimiz məlumata görə, topdansatış firmaları artıq bir aya yaxındır ki, xırda sahibkarları siqaretlə təmin etmir. Sahibkarlar məcbur qalıb, müxtəlif yollarla “qara bazar”dan siqaret alırlar.

Bakının mərkəzində fəaliyyət göstərən köşklərdə işləyən satıcılardan əldə edilən məlumatda isə bildirilir ki, siqaret satışı ilə əsasən, 3 firma məşğul olur. Bunlar “Kent”, “West” və “Winston” şirkətləridir.

Adıçəkilən firmalar isə qeyri-rəsmi olaraq siqaret satışını dayandırdıqlarını bildirib: “Qara bazar”da siqaret satanlar isə konkret qiymət təklif etmir, kim neçəyə istəyir, o qiymətə satır”, - deyə sahibkar qeyd edib.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *