“Qara bazar”da dolların yeni qiyməti
Yanvarın 10-da hərraca böyük məbləğdə dollar çıxarılması, daha dəqiq desək, yeni ildə ilk dəfə banklara 300 milyon dollarlıq satış valyuta bazarında nisbi stabillik yaradıb. “Qara bazar”da dollar ucuzlaşmağa başlayıb.
Aznews.info xəbər verir ki, Fins.az-ın fərdi şəkildə dollar satışı həyata keçirən şəxslərdən əldə etdiyi məlumata görə, yanvarın 11-də “qara bazar”da dollar 1,87 manata alınıb, 1,90 manata satılır.
Xatırladaq ki, yanvar ayının 5-dən sonra dolların “qara bazar”dakı alış-satış qiyməti 1,91-1,93 manat təşkil edirdi.
Qeyd edək ki, yanvar ayının 11-də Azərbaycan Mərkəzi Bankının (AMB) məzənnəsinə əsasən dolların kursu 1,7742 manat müəyyən edilib.
Mənbə:> Fins.az