Sabah dollar neçəyə olacaq? – MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 9-a olan USD/AZN məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN məzənnəsi bu günlə müqayisədə dəyişməyərək 1,7742 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord yanvarın 5-də qeydə alınıb. Bu zaman da USD/AZN məzənnəsi 1,7742 manat olmuşdu.
Mənbə:> Oxu.az