Kiçik və orta sahibkarlığa dəstək üçün yeni agentlik yaradılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Kiçik və orta sahibkarlığa dəstək üçün yeni agentlik yaradılacaq

Kiçik və orta sahibkarlığa dəstək üçün yeni agentlik yaradılacaq

Azərbaycanda Kiçik və Orta Sahibkarlıq (KOS) Agentliyi yaradılacaq.

“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsində qeyd olunub.

Sənəddə bildirilib ki, agentliyin yaradılması üçün 10 mln. manat investisiya tələb olunur.

Strateji Yol Xəritəsi çərçivəsində KOS üzrə xüsusi sənaye zonalarının və klasterlərin yaradılmasına 630 mln. manat, KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatları üçün maliyyə xidmətlərinin genişləndirilməsi və birbaşa xarici investisiyaların təşviqinə 3 mln. manat, biznes inkubatorları və startap layihələrinin inkişaf etdirilməsi, model müəssisələrin yaradılmasına 50 mln. manat investisiya tələb olunur.

Mənbə: APA-Economics
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *