“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edildi
Azərbaycan prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sənədə əsasən, investisiya layihələrini “Tik - idarə et - təhvil ver” modelinə uyğun həyata keçirən investorların dövlət rüsumunu ödəməkdən azad edən qanun qüvvəyə minib.
Qeyd edək ki, qanunun 3.3-cü maddəsinə əsasən, investisiya layihələrini “Tik - idarə et - təhvil ver” modelinə uyğun həyata keçirən investorlar “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanuna əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddır.
Mənbə:> Oxu.Az