Valyuta hərracı: Dollar bahalaşır
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
Bu barədə Oxu.Az-a AMB-dən bildirilib.
Məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7246 manat məzənnəsi ilə başlayıb və 1,7306 AZN/USD məzənnəsi ilə yekunlaşıb. Artım 0,35% təşkil edib. Noyabrın 30-na olan yekun məzənnənin artması mümkündür.
Mənbə:> Oxu.Az