Dolların sabaha olan məzənnəsi açıqlandı
Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 25-ə olan USD/AZN məzənnəni açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN məzənnəsi noyabrın 25-də 1,7196 manat səviyyəsində müəyyən olunub. Bu, isə dolların 0,29% bahalaşması deməkdir.
Qeyd edək ki, bu dolların məzənnəsi ilə bağlı yeni rekord hesab olunur. Belə ki, bu gün isə USD/AZN məzənnəsi 1,7146 manat olub.
Mənbə:> Oxu.Az