Dollar sabit qaldı, funt sterlinq isə bahalaşdı
Manat digər əsas xarici valyutalara qarşı isə bahalaşıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 23-ü ilə müqayisədə dəyişməyərək 1,7146 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8220 manatdan 1,8077 manata düşüb. Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,0269 manatdan 0,0267 manatadək azalıb. Türkiyə lirəsinin məzənnəsi isə 0,5065 manatdan 0,5036 manatadək ucuzlaşıb.
Məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1289 manatdan 2,1327 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə ötən günlə müqayisədə dəyişməyərək 0,6928 manat olub.
Mənbə:> Oxu.az