İngilis gəlib 8 min dollar “xırdaladı”, azərbaycanlı gənc isə 20 dollar axtarırdı... » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

İngilis gəlib 8 min dollar “xırdaladı”, azərbaycanlı gənc isə 20 dollar axtarırdı...

İngilis gəlib 8 min dollar “xırdaladı”, azərbaycanlı gənc isə 20 dollar axtarırdı...

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında nağd dollar satışında yenidən qıtlıq müşahidə olunur. Bu baş çəkdiyimiz bankların əksəriyyəti artıq bir neçə gündür dollar satışını dayandırıblar. Məsələn, “AtaBank”, “AccessBank”, “AzərTürk Bank”, “Nikoil Bank”, “Bank of Baku”da dollar üçün müraciət edən müştərilər əliboş geri qayıdır. Bu banklarda ötən həftə satış limiti 100-200 dollar olsa da yeni həftənin ilk iş günündə hələlik satışı dayandırmaq qərarına gəliblər.

“Nikoil Bank”ın müştəri xidmətlərindən artıq 3-4 gündür ki, onlarda dollar satışının dayandırıldığını bildirdilər. Satışın nə vaxt bərpa ediləcəyi isə məlum deyil. “Azər Türk Bank”dan isə tez-tez ofislə əlaqə saxlayaraq satışla bağlı məlumat ala biləcəyimizi bildirdilər.

İngilis gəlib 8 min dollar “xırdaladı”, azərbaycanlı gənc isə 20 dollar axtarırdı...


Baş çəkdiyimiz banklar arasında yalnız “AmrahBank”da dollar satışı həyata keçirildiyindən kassanın qarşısında sıxlıq nəzərə çarpırdı. Bu bankda dolların alışı 1.7600, satışı isə 1.7774 manata həyata keçirilir. Banka dollar üçün müraciət edənlərin əksəriyyəti kiçik məbləğ - 50-100 dollar alamaq istəyənlər idi. Hətta 20 dollar üçün müraciət edənə də rast gəldik. O, tələbə gənc idi...

Banka baş çəkənlər təkcə dollar axtaranlar deyildi, ABŞ valyutasını “xırdalayıb” manata çevirənlərə də rast gəlinirdi. Məsələn, Bakıda işləyən Britaniya vətəndaşı kassaya yaxınlaşaraq 8 min dolları manata çevirdi. Bankdan şəxsiyyət vəsiqəsi təqdim etmədən istənilən məbləğdə dollar ala biləcəyimizi dedilər.

Qara bazarda isə dolların bir neçə gün əvvəl yaranan ajiotajdan sonra yenidən sakitlik və dolların nisbi ucuzlaşması müşahidə olunur. 28 may metrostansuyası həndəvərində dollar alveri ilə məşğul olan iki “qara bazar” dəllalı ilə qısa ünsiyyətdən məlum oldu ki, burada məzənnə banklarla təxminən eynidir. Hansı ki, ötən həftə “qara bazar”da dolları 1.81 manatdan alıb hətta 1.85 manata satanlar olmuşdu...

İngilis gəlib 8 min dollar “xırdaladı”, azərbaycanlı gənc isə 20 dollar axtarırdı...


“28 May” metro stansiyasının yaxınlığda qeyri-leqal dollar alış və satışı ilə məşğul olanların bildirdiyinə görə, dövriyyələri kiçik olduğundan 500-1000 manatdan yuxarı alış-satışla məğul ola bilmirlər: “Dolların “qara” bazarda 1.84-1.85 manat olması ilə bağlı deyilənlər yalandır. 1.80, bəzi yerlərdə 1.81 manata qalxmışdı. Yenə də qiymət düşdü. Biz 1.76 -1.77 manata alırıq, 1.78 manata satırıq. Bizim çox mübadilə imkanımız yoxdur. Gələn müştərilər 100-200 dollar alır. Doğrudur, bəzən olur ki, 5 min dollar istəyən də olur, amma bizdə o qədər pul olmur axı. Bizə ən çox müraciət edən krediti ödəmək üçün dollar dəyişənlərdir”, -alverçilərdən biri deyir.

İngilis gəlib 8 min dollar “xırdaladı”, azərbaycanlı gənc isə 20 dollar axtarırdı...


Digər alverçilər də 100 dolları 176 manata, məbləğ çox olarsa 176, 5 manata ala biləcəklərini dedilər. “Hər gün bir neçə müştərimiz olur, 3-5 manat çörəkpulumuz çıxır”-alverçilər deyir.

Dollar alan Rübabə adlı qadın da alverçinin sözlərini təsdiq etdi: “Banka kredit ödəyirəm, dollar mənə ona görə lazımdır. Əvvəl kreditim kartla idi, sonra dollara çevirdilər. İndi aybaay 15 dollar faiz verməliyəm. Bankdan da alıram, rast düşəndə “qara” bazardan da alıram…”

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 21.11.2016 tarixinə olan valyuta məzənnəsi 1.7091 AZN müəyyənləşdirilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *