Əli Abbasov ayda 300 min manat xərcləməsi haqda
Sabiq Rabitə və yüksək texnlologiyalar naziri Əli Abbasov aylıq şəxsi xərclərinə 200-300 min manat xərcləməsi ilə bağlı yayılan informasiyaya münasibət bildirib.
Unikal.org-un məlumatına görə, Əli Abbasov deyib ki, ümumiyyətlə, belə bir ifadə verməyib. Onun sözlərinə görə, hazırda həbsdə olan nazirliyin vəzifəli şəxslərinin ilkin istintaq zamanı verdikləri ifadələrə əsasən belə məlumatlar yayılır: "Bunların heç birinin əsası yoxdur. Mənim elə bir ifadəm olmayıb. Qeyd olunan xərclərə gəldikdə isə deyə bilərəm ki, nazirlik mütəmadi olaraq, ölkəmizdə informasiya texnologiyalarının inkişafı məqsədi ilə bir sıra tədbirlər həyata keçirib. Bu məqsədlə gənc mühəndis və mütəxəssislərin hazırlanması, onların daxildə, xaricdə universitetlərdə və kurslarda təhsil və hazırlıq proqramlarının keçirməsi, müxtəlif seminar-konfransların təşkili üçün sponsorluq fəaliyyəti həyata keçirilib. Qeyd olunan vəsaitlər də bu istiqamətə xərclənib. Həmçinin, mənim tövsiyələrimə görə, kiçik provayderlərin, İT mərkəzlərinin, Start-UP şirkətlərinin texniki təminatının gücləndirilməsinə yönəldilib. Ancaq bu vəsəaitlər necə xərclənib, o barədə dəqiq bir söz deyə bilmərəm".
Mənbə:> Unikal.org