Dollar 1,70 manatı keçdi
Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 16-a olan USD/AZN məzənnəsini açıqlayıb.
AMB-dən virtualaz.org-a verilən məlumata görə, dolların məzənnəsi sabah üçün 1,7039 manat səviyyəsində müəyyən olunub. Bu, məzənnənin 0,50% bahalaşması deməkdir.
Qeyd edək ki, noyabrın 15-də dolların məzənnəsi 1,6954 manat olub.
Mənbə:> Virtualaz.org