Vüqar Bayramov: Banklar borclu müştərilərə hədə dolu SMS-lər göndərir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Vüqar Bayramov: Banklar borclu müştərilərə hədə dolu SMS-lər göndərir – FOTO

Vüqar Bayramov: Banklar borclu müştərilərə hədə dolu SMS-lər göndərir


“Son zamanlar bəzi bankların kredit borcu olan şəxslərin iş yerinə zəng etməsi, hətta krediti ödəyə bilməyən şəxs dövlət qurumunda çalışırsa, onun tabe olduğu nazirliyə məlumat verəcəyi ilə bağlı hədələr artıb”.

Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, hədə yolu ilə borcludan ödənişi tələb etmək qanunvericiliyin tələblərinə ziddir:

“Bəzi banklar belə təzyiqlərdən istifadə etməklə borcun ödənilməsinə çalışırlar. Bankın öz borcunu istəməsinə heç kim etiraz etmir, amma bu sivil və qanunvericiliyin imkan verdiyi hallar çərçivəsində olmalıdır. Hədə metodları səmərəli olmamaqla yanaşı, eyni zamanda qanunvericiliyə ziddir”.

Eskpert, hətta təklif edib ki, bu şəkildə sizdən ödəniş tələb edən bankları müştərilər məhkəməyə verə bilər:

“Bank borclu ilə bağlı məlumatları ictimai şəkildə bölüşməklə ödənişi tələb edə bilməz. Əgər borcunuz varsa və bank sizə bu yollarla təzyiq edirsə, daha məqsədəuyğundur ki, sizi hədələyən bankı məhkəməyə verərək kompensasiya tələb edəsiniz.

Mövcud qanunvericilik sizə belə banklardan kompensasiya tələb etmək və almaq hüququ verir. Bununla hədə yolu seçərək sizdən borc tələb edən banklardan siz pul alın. Bu həmçinin belə banklara borcu olanlardan pulu daha sivil yollar ilə istəmək vərdişi aşılaya bilər”.

V.Bayramov həmçinin qeyd edib ki, bu yaxınlarda mənə müraciət edən və bank tərəfindən ona göndərilən “hədə” SMS ilə də tanış olanda bəzi bank əməkdaşlarının “iş prinsipləri” daha aydın bəlli olub.

Vüqar Bayramov: Banklar borclu müştərilərə hədə dolu SMS-lər göndərir

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *