Dolların ucuzlaşması davam edir
Bugünkü ticarət sessiyasında dolların indeksi zəifləməkdədir.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, treyderlər dünya birjalarında baş verən 24 saatlıq təlatümdən sonra stabillik axtarışındadırlar. Yeri gəlmişkən, sutkalıq təlatüm riskli aktivlərin kütləvi satışı ilə müşahidə olunub.
Səbəb isə aydındır - Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanmasıdır.
Dolların Yaponiya yeninə qarşı məzənnəsi 0,35% zəifləyərək 105,28 yenə çatıb. Sessiya ərzində bu göstərici 104,99 səviyyəsinədək enib. Ötən gün isə ABŞ-ın milli valyutası, hətta 101,19 yenədək ucuzlaşıb. D.Trampın qələbəsi təhlükəsiz aktiv sayılan Yaponiya yenini daha cazibədar edib.
ABŞ-ın 10 illik xəzinədarlıq istiqrazlarının gəlirliliyi 2,064%-dən 1,995%-dək enib.
Ötən gün, sentyabrın 8-də qeydə alınan maksimumu yeniləyərək 1,1299 səviyyəsində qərarlaşan avro ardınca 1,0902 dollaradək geriləyib. Bugünkü ticarət sessiyasında Avrozonanın vahid valyutası 0,3% möhkəmlənərək 1,0942 dollara çatıb.
Dolların indeksi 0,09% zəifləyərək 98,42 səviyyəsində qərarlaşıb.
Mənbə:> Oxu.az