Torpaq bazarında son vəziyyət » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Torpaq bazarında son vəziyyət – VİDEO

Torpaq bazarında son vəziyyət


Qiymətlər kəskin ucuzlaşıb.

Daşınmaz əmlak qiymətlərinin düşməsi torpaq sahəsi alıcılarını azaldıb. Tikinti materiallarının ucuzlaşmamasına görə ev sahibi olmaq istəyənlər daha az xərclə bina evləri alırlar.

Torpaq sahələrinin ucuzlaşması isə satanları azaldıb. Nəticədə torpaq bazarında durğunluq yaşanır. Torpaq sahələrini ucuzlaşdıran amillərdən biri bina evlərinin əlverişli şərtlərlə, uzun müddətli və ilkin ödənişsiz şərtlərlə satılmasıdır.

Digər amil isə sənədsiz ərazilərdə və qanunsuz aparılmış tikintilərin sökülmə ehtimalıdır. Nəticədə bazarda ucuzlaşma davam edir. Xüsusilə də paytaxtın mərkəzi ərazilərdə.

Kənar ərazilərə gəldikdə isə Türkan-Hövsan qəsəbələrində hazırda 1 sot torpağın qiyməti 2000-3000 arasında dəyişir. Əvvəllər bu qiymət 5000-7000 idi. Mərdəkan-Şüvəlan kimi ərazilərdə hazırda bir sot torpaq 8000 manatdan başlayır. Əvvəllər bu rəqəm isə hazırkından 30-40% baha idi.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, vəziyyətin bu həddə olmasının əsas səbəblərindən biri manat-dollar münasibətləridir. Ekspertin sözlərinə görə, qarşıdakı aylarda vəziyyətin müsbətə doğru dəyişəcəyini proqnozlaşdırmaq olmaz.

Oxu.Az “xəzərxəbər”-in mövzu ilə bağlı videomaterialını təqdim edir:


Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *