Dolların məzənnəsi 1,64 manata yaxınlaşır
Bu, manatın 0,55% ucuzlaşması deməkdir.
Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 28-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi oktyabrın 28-də 1,6381 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün dollar 1,6291 manata bərabər olub.
Mənbə:> Oxu.Az