“Qarabağ” və “Qəbələ” nə qədər qazandılar? » AzNews.info -Xəbər portalı

“Qarabağ” və “Qəbələ” nə qədər qazandılar?

“Qarabağ” və “Qəbələ” nə qədər qazandılar?


Avropa kuboklarının qrup mərhələsinə düşmək, yalnız prestij deyil, eləcə də böyük maddi dayaqdır.

Oxu.Az xəbər verir ki, Avropa Liqasının qrup turnirinə çıxış üçün “Qarabağ” və “Qəbələ” hər biri 2,6 milyon avro qazanıblar.

Qrup mərhələsində hər qələbə üçün klublarımız 360 min, hər heç-heçə üçün isə 120 min qazana bilərlər.

1/16 finala 1-ci yerdən çıxış 600 min, 2-ci yerdən çıxış isə 300 min məbləğində dəyərləndirilir.

1/16 finalda iştirak edənlər əlavə olaraq 500 min, 1/8 finalda çıxış edənlər 750 min, dörddə bir finalın iştirakçıları 1 milyon, yarımfinalda çıxış edənlər isə 1,6 milyon qazanacaqlar.

Avropanın ikinci dərəcəli klub turnirinin qalibi əlavə 6,5 milyon, finalçı isə 3,5 milyon avro əldə edəcək.

Bundan əlavə, hər komandanın bilet satışından əldə etdiyi gəlir də öz hesabına keçəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *