Azərbaycan neftinin qiyməti ucuzlaşıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Dünya bazarında neftin qiymətlərində müşahidə edilən enmə “AzeriLight”ın qiymətinə də təsir edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 1,02 dollar və yaxud 1,99% ucuzlaşıb.

Oxu.Az xəbər verir ki, “AzeriLight” markalı neftin bir barelinin qiyməti 50,29 dollara bərabər olub.

“AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Qeyd edək ki, neftin qiymətləri ABŞ-da açıqlanacaq həftəlik neft ehtiyatları göstəriciləri ilə yanaşı, Nigeriyada hərbiçilərin qarşıdurmaların başa çatdığını elan etməsindən sonra, hökumətin verəcəyi qərar ilə birlikdə, üç həftənin ən böyük itkisindən sonra azalmağa davam edib.

ABŞ Enerji İnformasiya İdarəsinin çərçənbə günü açıqlayacağı ölkədə neft ehtiyatlarının həcmi barəsində Bloombergin sorğusuna qatılan analtiklərin təxmininə görə, ötən həftə ehtiyatların 1 milyon barel azalacağı gözlənilir.

Nigeriyada hərbiçilərin atəşkəs elan etməsi isə, “Commerzbank AG” ve “Global risk Management” analtiklərinə görə, diqqətlə dəyərləndirilməlidir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *