Azərbaycanda istismar edilən gəmilərlə bağlı – YENİ TƏLƏB
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilib.
Oxu.Az xəbər verir ki, məcəlləyə aşağıdakı məzmunlu iki maddə əlavə edilib:
“48.2.3. sərnişin daşımaları xidmətini həyata keçirən gəmi ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasını “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirmək.
48.3. Bu Məcəllənin 48.2.3-cü maddəsi ilə müəyyən edilmiş tələb yerinə yetirildiyi halda gəminin istismarına icazə verilir.”.
Qeyd edək ki, dəyişikliklər artıq qüvvəyə minib.
Mənbə:> Oxu.Az