Neftimizin qiyməti 50 dolları keçdi
Dünya bazarında neftin qiymətləri ABŞ-da benzin ehtiyatlarının artdığını göstərən rəqəmlərdən sonra ucuzlaşıb.
Azərbaycan neftinin qiyməti isə artmaqda davam edir.
Oxu.Az-ın məlumatına görə, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,35 dollar və ya 0,7% artaraq 50,29 dollar təşkil edib.
Qeyd edək ki, dünən “AzeriLight” markalı neftin bir barelinin qiyməti 49,94 dollara bərabər olmuşdu.
Mənbə:> Oxu.az