Dolların məzənnəsi 1,60-ı keçdi
Avqustun 8-i dolların rəsmi məzənnəsi 1,6005 manat olacaq.
Oxu.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının avqustun 8-ə olan rəsmi məzənnəsini 1,6005 AZN/USD səviyyəsində müəyyən edib. Bu, gündəlik 0,16% artım deməkdir.
Avqustun 5-də isə rəsmi məzənnə 1,5980 AZN/USD olub.
Qeyd edək ki, ABŞ-da açıqlanan kənd təsərrüfatı xaric məşğulluq (qeyri-kənd təsərrüfatı) və işsizlik məlumatlarına əsasən, iyulda ölkədə məşğulluq 255 min artıb, işsizlik nisbəti isə 4,9% təşkil edib.
Orta saatlıq maaşlar aylıq 0,3% ilə 0,2%-lik proqnozun üzərində, illik isə 2,6% ilə proqnoza paralel artıb. ABŞ-da çərşənbə günü açıqlanmış özəl sektor məşğulluq göstəricisi də iyulda 179 minlik artımla proqnozun üstündə artmışdı.
Analitiklər iyulda məşğulluğun 175 min artacağını, işsizliyin 4,8% olacağını proqnozlaşdırırdılar.
Bu məlumatların açıqlanmasından sonra dollar əsas valyutalar qarşısında bahalaşmağa başlayıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli