AZAL 118 mindən çox sərnişinə xidmət göstərib
Oxu.Az-a AZAL-dan verilən məlumata görə, gələn sərnişinlərin sayı 41 min nəfərdən çox olub, həmçinin 758 sərnişin ilə 6 çarter reysi yerinə yetirilib.
Bu müddət ərzində 372 sərnişinə xidmət göstərən 99 biznes aviasiya reysi (Business Aviation) yerinə yetirilib.
“Formula-1” yarışının Avropa mərhələsinin iştirakçılarının Bakıya gəlməsinin ən pik günləri iyunun 14-ü və 16-sı olub. Hər gün Heydər Əliyev Beynəlxalq Hava Limanına 6 minə yaxın sərnişin gəlib.
Yarış müddətində “Silk Way West Airlines”, “Cargolux” və “Nippon Cargo Airlines” yük aviaşirkətləri bolid və digər “Formula-1” avadanlıqları ilə 7 çarter və 1 part-çarter reysi yerinə yetirib. Yükdaşımalarının dövriyyəsi 1,6 milyon kiloqramdan artıq təşkil edib.
Xatırladaq ki, Bakıda ən nüfuzlu idman yarışlarının biri “Formula-1” Avropa Qran Pri yarışı uğurla başa çatıb. Bu, beynəlxalq idman arenasında Azərbaycanın növbəti uğurudur.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli