“Beynəlxalq Bank işi”nə görə tutulan 10-dan çox iş adamı azadlıqda » AzNews.info -Xəbər portalı

“Beynəlxalq Bank işi”nə görə tutulan 10-dan çox iş adamı azadlıqda

“Beynəlxalq Bank işi”nə görə tutulan 10-dan çox iş adamı azadlıqda


Azərbaycan Beynəlxalq Bankı” ASC işi ilə bağlı həbs edilmiş daha bir neçə iş adamı azadlığa buraxılıb.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bankdan kredit götürərək qaytarmamaqda təqsirləndirilən “Bakı Fındıq Emalı Zavodu”MMC-nin rəhbəri Murad Cabbarlı və daha bir neçə nəfərin barəsində seçilmiş həbs qətimkan tədbiri Nərimanov rayon Məhkəməsinin qərarı ilə ləğv edilib və onlar azadlığa buraxılıb.

Bununla da, bu işlə bağlı azadlığa buraxılanların sayı 10-u keçib.

Qeyd edək ki, M. Cabbarlı “Beynəlxalq Bank işi” ilə bağlı dələduzluqda təqsirləndirilərək həbs olunmuş, barəsində 4 ay həbs qətimkan tədbiri seçilmişdi.

M. Cabbarlı əvvəllər Şəkinin icra başçısı vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Beynəlxalq Bank işi” ilə bağlı tutulanlardan daha bir neçə nəfər azadlığa buraxılıb.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, “General Construction” şirkətlər qrupuna daxil olan məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyevin, iş adamları Elxan Cavad və Cavid Muxtarovun barələrində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *