Azərbaycan otellərinin qiyməti Gürcüstan otellərindən aşağı düşdü » AzNews.info -Xəbər portalı

Azərbaycan otellərinin qiyməti Gürcüstan otellərindən aşağı düşdü

Azərbaycan otellərinin qiyməti Gürcüstan otellərindən aşağı düşdü


Booking.com onlayn bronlaşdırma sisteminə görə Bakıdakı mehmanxanaların qiymətləri araşdırılmışdır

Bu günlərdə “Mədəniyyət” qəzeti tərəfindən Bakı və Tbilisi şəhərlərindəki mehmanxanalar arasında araşdırma aparılmışdır.

AzNews.info xəbər verir ki, Booking.com onlayn bronlaşdırma platforması üzərindən aparılan müqayisəli təhlillər, Bakıda fəaliyyət göstərən mehmanxanaların orta qiymətlərinin, Tbilisi şəhərindəki mehmanxanaların təqdim etdiyi orta qiymətlərdən təhlilin aparıldığı aylar üzrə daha aşağı olduğunu göstərmişdir.

Sözügedən araşdırmada, hər iki şəhərdə fəaliyyət göstərən 2-5 ulduz kateqoriyalı mehmanxanaların 2016-cı ilin may, iyun, iyul və avqust aylarında təsadüfi olaraq seçilmiş tarixlər üzrə təqdim etdiyi 2 nəfərlik standart otaqlarda 3 gecəlik orta qiymətlər müqayisə edilmişdir.

Qeyd edilən bütün aylar ərzində 2, 4 və 5 ulduzlu mehmanxanalar üzrə Bakı şəhərində təqdim edilən otaq qiymətləri, Tbilisi şəhərindəki qiymətlərdən daha aşağı olmuşdur.

Müqayisə üçün bildirək ki, cari ilin iyun ayında Bakı şəhərindəki 2 ulduzlu mehmanxanalarda 2 nəfərlik standart otaq qiymətləri 70-90 ABŞ dolları (3 gecə üçün) arasında dəyişdiyi halda, bu göstəricilər üzrə Tbilisi şəhərindəki qiymətlər 95- 245 ABŞ dolları arasında dəyişir.

Digər tərəfdən, cari ilin may ayı ərzində Bakı şəhərində 4 ulduzlu mehmanxanalarda təqdim edilən qiymət intervalı 64-401 ABŞ dolları (3 gecə üçün), 5 ulduzlu mehmanxanalarda isə 191-926 ABŞ dolları (3 gecə üçün) arasında göstərilir. Tbilisi şəhərində isə bu qiymətlər intervalı 4 ulduzlu mehmanxanalar üçün 218-728 ABŞ dolları, 5 ulduzlu mehmanxanalar üçün isə 752-1253 ABŞ dolları təşkil edir.

Məlumat üçün bildirək ki, qeyd edilən 4 ay üzrə yerləşdirmə tarixlərini, qonaqların qalma müddətini və sayını, eləcə də otaq növünü dəyişdirdikdə, analoji vəziyyət müşahidə edilmiş və Bakı şəhərindəki 2, 4 və 5 ulduzlu mehmanxanalarda təqdim edilən qiymətlər, Tbilisi şəhərində təqdim edilən qiymətlərdən daha aşağı olmuşdur.

Ümumiyyətlə, araşdırma nəticəsində əldə edilən müqayisəli göstəricilər, Bakı şəhərindəki mehmanxanalar üzrə təqdim edilən qiymətlərin Tbilisi şəhərində təqdim qiymətlərdən 2 ulduz kateqoriyası üzrə ortalama 35%, 4 ulduz kateqoriyası üzrə 44%, 5 ulduz kateqoriyası üzrə isə 59% daha aşağı olduğunu göstərmişdir.

Qeyd edirik ki, Bakı şəhəri üzrə təhlildə qeyd edilən mehmanxanaların ulduz kateqoriyaları “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə” Azərbaycan Dövlət Standartına uyğun deyil, booking.com onlayn bronlaşdırma platformasının təqdim etdiyi ulduz kateqoriyasına əsasən müəyyən edilmişdir.

Xatırladırıq ki, booking.com onlayn bronlaşdırma platforması üzərindən aparılan əməliyyatların intensiv olduğu üçün, yuxarıda qeyd edilən qiymətlər 27.05.2016-cı il tarixinədək keçərlidir.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *