Azərbaycanda ixrac malları üzrə ekspertiza aktı 2 saata veriləcək
İqtisadiyyat Nazirliyinin keçirilmiş kollegiya iclasında ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb.
Bu barədə Oxu.Az İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi”nə istinadən xəbər verir.
Müvafiq olaraq, İstehlak Mallarının Ekspertizası Mərkəzinin əmrinə əsasən, malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar mərkəzə müraciət daxil olduğu vaxtdan 2 (iki) saat ərzində keçiriləcək.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının Qərarına əsasən malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətlərinin tarifləri qeyri-neft sektoru üçün 30%-dək endirilib.
Mənbə:> Oxu.Az