Vüqar Bayramov: Benzinin qiymətinə yenidən baxılsın » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Vüqar Bayramov: Benzinin qiymətinə yenidən baxılsın

Vüqar Bayramov: Benzinin qiymətinə yenidən baxılsın


Neftin dünya bazar qiyməti aşağı düşməyə başladıqdan sonra benzinin qiyməti ABŞ-da 43, İspaniyada 21, Fransada 16, avro ekvivalentində Polşada 30, Norveçdə 22 faiz azalıb.

Avrozonaya daxil olan, demək olar, bütün dövlətlərdə yanacağın qiyməti aşağı düşüb. Neftin qiymətinin kəskin azalmasına baxmayaraq ölkəmizdə benzinin qiyməti dəyişdirilməyib.

Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov bildiirb.

CESD-in rəhbəri qeyd edir ki, inkidi halda yerli istehsal olan benzinin qiymətinin 30% ucuzlaşması mümkündür.

“Manatın dəyər itirməsindən sonra benzinin qiymətinin azaldılması məsələsi yenidən aktuallaşıb. Ümumi tarazlıq modelindən istifadə etməklə benzinin qiymətinin neçə faiz azalmasını və iqtisadiyyatın müxtəlif sektorlarına təsirlərini müəyyənləşdirmək mümkündür.

Dəyərləndirmələrimiz göstərir ki, indiki halda yerli istehsal olan benzinin qiymətinin 30 faiz ucuzlaşması mümkündür. Benzinin 1 litrini qiymətinin 70 qəpikdən 50 qəpiyə endirilməsi büdcə gəlirlərinə ciddi mənfi təsir göstərməyəcək. Çünki benzinin ucuzlaşması digər sahələrdən qazanılan əlavə dəyərin artmasna imkan verəcək”.

V.Bayramov düşünür ki, Tarif Şurası vergiləri azaltmaqla, benzinin qiymətinə müsbət təsir edə bilər:

“Əgər Tarif Şurası benzinə tətbiq edilən vergiləri azaltsa, benzinin ucuzlaşması mümkündür. Yanacağın və benzinin xərc strukturuna diqqət yetirsək bəlli olur ki, orada əsas xərc vergilərdir. Dövlət Neft Şirkəti üçün bir barel neftin orta qiyməti 15 dollardır. Bu isə o deməkdir ki, dünya bazarında neftin qiymətinin hansı həddə olmasından asılı olmayaraq, şirkətdə bir barel nefti xərci dünya bazar qiymətindən aşağı olduğu üçün benzinin qiymətinin endirilməsi bu qurumun gəlirlərinə təsir göstərməyəcək. Sadəcə olaraq, Tarif Şurası vergiləri azaltmaqla, benzinin qiymətinə müsbət təsir edə bilər”.

İqtisadçı qeyd edib ki, benzinin ucuzlaşması ölkədə 1 milyon 200 mindən çox avtomobil istehsalçısının xərclərini azalda bilər:

“Bu, eyni zamanda imkan verəcək ki, yeni yaradılmış dəyər hesabına alternativ olaraq başqa sektorlardan vergi ödənişlərinin həcmini artırmaq mümkün olsun. Bu, vətəndaşların sosial vəziyyəti baxımından vacibdir. Ölkədə 1 milyon 200 mindən artıq avtomobil istifadəçisi var. Deməli, onların xərcləri azalacaq. Devalvasiyadan sonra ictimai nəqliyyatda xərclərin artımı baş verdiyində bu sektord da vəsaitlərə qənaət etmək mümkün olacaq.
Çünki avtomobillərin ehtiyat hissələri xaricdən idxal olunur və onların qiymətində artımlar var. Benzinin ucuzlaşması beynəlxalq yükdaşımaların xərcinin də azalmasına imkan verəcək. Aqrar sektora birmənalı şəkildə müsbət təsir göstərəcək.

Çünki aqrar sektorda yanacaqdan çox istifadə edilir. Yanacağın ucuzlaşması həm fermerlər üçün yeni imkanlar yaradacaq, xərcləri azaldacaq, həm də istehsal olunan məhsulların qiyməti ucuzlaşacaq. Məhsullar ucuzlaşdığı üçün ixrac imkanları artacaq. Bu, həmçinin digər xidmət sahələrində də ucuzlaşmaya səbəb olacaq. Qiymətləndirmələrimiz onu göstərir ki, benzinin ucuzlaşması başqa sektorlara müsbət təsir edəcək, həmin sektorlardan vergi ödənişlərinin həcmi artacaq.

Nəqliyyatda, beynəlxalq yükdaşımalarda, iqtisadiyyatın digər sektorlarında büdcə ödənişlərinin həcminin artması avtomatik olaraq, benzinin ucuzlaşması ilə azalan birbaşa gəlirləri kompensasiya edir. Bütün bu iqtisadi əsaslandırmaları nəzərə alsaq, benzinin qiymətinə yenidən baxılması və aşağı salınmasını təklif edirəm”.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *