Çinin hakimiyyəti dollar satışını məhdudlaşdırdı
Çinin valyuta tənzimləyicisi Şençjen şəhərinin banklarına ABŞ dollarının fiziki və hüquqi şəxslərə satışının məhdudlaşdırmaq barədə şifahi göstəriş verib, The Financial Times etibarlı mənbələrə istinadən məlumat yayıb.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, tənzimləyicinin fəaliyyəti kapitalın ölkədən axınının qarşısını almaq üçündür, məqalədə qeyd edilir.
İlin əvvəlindən Amerika və Honqkonq dollarına olan tələbatın artması müşahidə edilir, Shanghai Securities News nəşri, Industrialand Commercial Bankof China və Bank of China kimi iri bankların məlumatlarına istinadən məlumat yayıb.
ÇXR sakinləri üçün valyuta alışına məhdudiyyət ildə 50 min dollardan ibarətdir, bu kvotaya hər təqvim ilinin əvvəlində yenidən baxılır.
Mənbə:> Oxu.Az