“Topaz” məntəqələri yeni iş yerləri deməkdir
Qanuni mərc oyunları insanların idmana marağının artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Pul qoyuluşu edənlər matçları daha diqqətlə izləyir, həyəcanını hiss edir, başqaları ilə də bunu paylaşırlar. Bu, xüsusilə “Topaz” məntəqələrində özünü aşkar büruzə verir. Müştərilər pul qoyuluşu etməzdən əvvəl öz aralarında müzakirələr edir, fikir mübadiləsi aparırlar.
Ancaq məntəqələrin əsas müsbət tərəfi bu deyil. Daha vacib məqam məntəqədə çalışanların daimi işlə təmin olunmasıdır. Dünyanın böhranla mübarizə apardığı zamanda Azərbaycanda iqtisadiyyatın inkişafı mütləqdir və işsizlik probleminin həlli, eyni zamanda, vətəndaşların rifahının yaxşılaşdırılması bu baxımdan öncül məsələlərdəndir.
Ölkənin 50-yə yaxın regionunda 500-ə yaxın “Topaz” məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrin hər birində azı 2 nəfər işlə təmin olunub. Bu isə mindən çox iş yeri, daimi məvacib və qazanc deməkdir. Xüsusilə regionlarda bunun əhəmiyyəti daha böyük olur.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü ildə imzaladığı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiya qoyuluşunun artması, yeni müəssisələrin və iş yerlərinin açılması, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verilməsi hədəfi qoyulmuşdu. Bu səbəbdən də hər yaradılan yeni iş yeri ölkənin ümumi inkişaf strategiyasına dəstək deməkdir.
“Topaz” məntəqələrində çalışan şəxslər dövlət qanunvericiliyinə tam uyğun şəkildə maliyyələşdirilirlər. Onlarla əmək müqaviləsi imzalanır, ödənilən məvacibdən vergi və sosial ödənişlər çıxılır, bununla da, həmin adamların etibarlı, sığortalı və xoş gələcəyi təmin edilir.
Mənbə:> Oxu.Az