Çin Azərbaycana zibildaşıyan maşın bağışladı » AzNews.info -Xəbər portalı

Çin Azərbaycana zibildaşıyan maşın bağışladı

Çin Azərbaycana zibildaşıyan maşın bağışladı


Dekabrın 14-də Çanşa şəhərində (Mərkəzi Çin) Çin hökumətinin yardım qismində Azərbaycana təqdim etdiyi 45 kommunal xidmət avtomobilinin göndərilməsi mərasimi baş tutub.

Oxu.Az Çin mətbuatına istinadən xəbər verir ki, mərasim Zoomlion şirkətinin sənaye parkında baş tutub.

Ümumi dəyəri 20 mln. yuandan çox olan (3,1 mln. ABŞ dollarından çox) bu maşınlar Zoomlion şirkəti tərəfindən buraxılıb və zibildaşıyan maşınlarla kanalizasiya borularına xidmət avtomobillərindən ibarətdir.

Əvvəlcə maşınlar Şanxaya, buradan isə dənizlə Azərbaycana göndəriləcək. Yükün bu marşrutla çatdırılma vaxtı 45-60 gün təşkil edir.

Qeyd olunur ki, əsası 1992-ci ildə qoyulmuş Zoomlion şirkətinin iştirakı ilə kommunal xidmət maşınlarının Azərbaycana göndərilməsi “İqtisadi İpək yolu xəttinin” yaradılması üzrə təşəbbüsün həyata keçirilməsində mühüm addımdır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *