Prezident Gədəbəyə 6 milyon ayırdı
Büdcədən 5,6 milyon manat ayrıldı.
Azərbaycan prezidenti İlham Əliyev Gədəbəy rayonunun Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, sərəncama əsasən, 59 min nəfər əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün Gədəbəy Rayon İcra Hakimiyyətinə 5,9 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Mənbə:> AzərTAc