Bakı Beynəlxalq İnnovasiyalar Forumuna ev sahibliyi edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bakı Beynəlxalq İnnovasiyalar Forumuna ev sahibliyi edəcək

Bakı Beynəlxalq İnnovasiyalar Forumuna ev sahibliyi edəcək


Azərbaycan sentyabrın 18-dən 20-dək “ASAN xidmət”in İnnovasiyalar Mərkəzivə “ADA” Universitetinin təşkilatçılığı ilə “World Summit Award” və “Grand Jury” tədbirinə ev sahibliyi edəcək.

“ASAN xidmət”-dən Oxu.Az-a verilən məlumata görə, iki hissədən ibarət tədbirin birinci hissəsində sentyabrın 18-də ictimaiyyət üçün açıq Forum keçiriləcək.Forumda sahibkarlarla xarici ekspertlər bir araya gələrək innovasiya, sahibkarlıq, informasiya cəmiyyəti barəsində özgörüş və prespektivlərini bölüşəcəklər.

Bundan əlavə, dövlət agentliyindən bildirilib ki, ikinci hissədə isə dünyanın hər bir yerindən göndərilmiş 400-ə yaxın tətbiq arasından 40 qalib seçilməsi üçün“Grand Jury”sesiyası baş tutacaq.

21 beynəlxalq ekspert Birləşmiş Millətlər Təşkilatının üzvü olan hər bir dövlət tərəfindən“World Summit Award”a göndərilən tətbiqləri dəyərləndirmək üçün Bakıda biraraya gələcək.

Qeyd edək ki, tədbirin məqsədi BMT-nin WSIS (World Summit on the Information Society) gündəminə əsasən yerli informasiya cəmiyyətinin kreativliyini və müxtəlifliyini nümayiş etdirmək və cəmiyyətdə güclü təsir iolacaq rəqəmsal həll yolarını tapmaqdır.

Onu da əlavə edək ki, tədbir sentyabrın 18-də saat 09:30-da ADA Universitetində təşkil ediləcək.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *