Azərbaycanlı milyarder ad günü üçün ada kirayələdi
LUKOYL-un rəhbəri Vahid Ələkbərov öz yubileyini (65 yaş) keçirmək üçün Çernoqoriyanın Sveti Stefan adasını icarəyə götürüb.
Oxu.Az Vijesti qəzetinə istinadən xəbər verir ki, qonaqları üçün park və iki çimərlik kirayələyən milyarderin əsas tələbi ondan ibarət olub ki, bu ərazilərə yalnız ad gününə dəvət alan qonaqlar daxil ola bilsin.
Məlumat verilir ki, tədbir üçün xüsusi menyu hazırlanıb və çoxlu bahalı içkilər gətirilib.
Adanın icarə qiyməti açıqlanmır. Yalnız o məlumdur ki, dəbdəbəli ziyafət 2 gün - sentyabrın 1-2-də davam edib.
Forbes jurnalının versiyasına görə, Vahid Ələkbərovun sərvəti 12,2 milyard dollar təşkil edir.
Mənbə:> Oxu.Az