Dollar panikası səngidi: pul satılır, amma alıcılar da artıb.. » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Dollar panikası səngidi: pul satılır, amma alıcılar da artıb..

Dollar panikası səngidi: pul satılır, amma alıcılar da artıb..

Son iki gündə Bakıdakı valyutadəyişmə məntəqələrinin fəaliyyətini dayandırması, daha doğrusu, dollar satmaqdan imtina etməsi devalvasiya şayiələrin yayıldığı bir vaxtda ikiqat ajiotaja səbəb oldu.

Çünki ilin əvvəlində baş verən devalvasiya öncəsi də valyutadəyişmə məntəqələrində buna bənzər hal müşahidə olunmuş və vətəndaşların bir qismi dollar ala bilməmişdi.

Bundan başqa yayılan başqa bir şayiəyə görə isə valyutadəyişmə məntəqələri yalnız məhdud məbləğdə - maksimum 1000 manatı dollara dəyişir.

Bəs hazırda vəziyyət necədir? Valyutadəyişmə məntəqələri dollar satmaqdan yenə də imtina edirmi?

Virtualaz.org saytının müxbiri bu suallara cavab tapmaq üçün bir neçə valyutadəyişmə məntəqəsinə baş çəkib, dolların hazırkı məzənnəsi və satışı ilə maraqlanıb.

Baş çəkdiyimiz valyutadəyişmə məntəqələrinin demək olar ki, hamısından dollar və avronun satışına heç bir mane olmadığını və istənilən məbləğdə pulun dəyişdirildiyini bildirdilər: “Pulunu dollara dəyişmək istəyənlərin sayında fərq var, onların sayı artıb. Amma bizdə devalvasiya ilə bağlı heç bir məlumat yoxdur”.

Sərraflar bir neçə gün əvvəlki vəziyyətin səbəbini isə dolların olmaması ilə əlaqələndirdilər.

Valyutadəyişmə məntəqələrinin demək olar ki, hamısında dolların alış qiyməti 1,053, satış qiyməti isə 1,555-1,056 manat arasında dəyişir və onların hamısında kifayət qədər adam toplaşıb.

Söhbətləşdiyimiz vətəndaşlardan da bir neçəsi bildirdi ki, devalvasiya gözlənildiyi, belə xəbərlər yayıldığı üçün ehtiyatlanıb pullarını dollara dəyişirlər.

Qeyd edək ki, Mərkəzi Bank dolların bu günə rəsmi məzənnəsinin 1,0446 manat olduğunu açıqlayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *