Bakı Olimpiya Stadionunda “Mikrolink” şirkətinin göstərdiyi xidmətlər
Regionda GSM sisteminin (Qlobal Mobil Kommunikasiya Sistemi) aparıcı inteqratorlarından olan “Mikrolink” şirkəti bu gün əməkdaşlıq etdiyi “TE Connectivity” (TE) şirkəti ilə birgə “FlexWave Prism” paylanmış antena sistemini (DAS) işləyib hazırladığını elan edib.
Sözügedən sistemin məqsədi Bakı Olimpiya Stadionunda GSM xidmətləri təmin etməkdir. Sistemin tətbiqi 2015-ci il 12-28 iyun tarixində 68 000 oturacağa malik stadionda keçirilmiş birinci Avropa Oyunları zamanı geniş tamaşaçı kütləsinə xidmət edib.
“TE” şirkəti özünün rəqəmsal “FlexWave” DAS sistemini layihənin sistem inteqratoru olan “Mikrolink Azərbaycan” şirkətinə təqdim edib. DAS sistemi Azərbaycanın iri mobil operatorları üçün 900, 1800 və 2100 MHz tezlikli 2G, 3G və 4G xidmətlərinin 32 sektorunu dəstəkləməklə yanaşı, Oyunlar zamanı geniş tamaşaçı kütləsini güclü və davamlı mobil xidmətlərlə təmin edib.
“TE Connectivity” şirkətinin rəqəmsal DAS sistemi mobil operatorlardan ibarət sifarişçilərimizin yüksək keyfiyyətli GSM xidmətlərlə təchiz edilməsi üçün lazımi məhsuldarlıq və çevikliklə təmin edib.
Layihənin uğurla həyata keçirilməsi “TE Connectivity” şirkətinin yüksək peşəkarlıq qabiliyyətinə malik işçi heyətinin texniki bilik və bacarıqlarının sayəsində baş tutub.
“FlexWave Prism” paylanmış antena sisteminin (DAS) tətbiqi Olimpiya Stadionunun arenası, xidmət əraziləri, dayanacaq yerləri üçün əhatə dairəsini və gücü təmin edən, məsafədən idarə olunan 42 qurğunu ehtiva edir. Ən yüksək həddə istifadə zamanı sistem 40GB həcmində internetdən endirmənin, 15GB həcmində yükləmə axınının və eyni vaxtda 3G xidmətindən istifadə edən 4000 istifadəçinin öhdəsindən gəlib.
“FlexWave Prism paylanmış antena sistemi bütün dünyanın iri stadionları üçün DAS həll variantına çevrilib və Bakı Olimpiya Stadionu sözügedən sistemi tətbiq etdiyimiz yerlərin uzun siyahısında sonuncudur” deyə Peter Vreyt (Peter Wraight) “TE Wireless” şirkətinin vitse-prezidenti və baş direktoru öz çıxışında bildirmişdir. “ FlexWave Prism DAS sisteminin rəqəmsal yayım, yüksək tutum və böyük gücə malik, məsafədən idarə olunan qurğuları güclü, çox-operatorlu simsiz rabitə xidmətini təmin edir ki, bu da irimiqyaslı ictimai yerlər üçün səmərəli investisiyadır”.
Qeyd edək ki, 2000-ci ildə təsis edilmiş və Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və digər MDB ölkələrində GSM sənayesində fəaliyyət göstərən “Mikrolink” şirkəti telekommunikasiya və şəbəkə sistemlərinin geniş tətbiqi ilə məşğuldur.
Şirkət tətbiqi sistemlərdən lazımi və düzgün qaydada istifadə etməklə yanaşı, telekommunikasiya sahəsində çalışan mütəxəssisdən ibarət, xidmət sistemini həftənin yeddi günü iyirmi dörd saat ərzində həyata keçirən böyük komanda ilə FLM, Mobil Baza Stansiyaları (Quraşdırma, Sınaq, Texniki qulluq), IBS Indoor DAS Sistem və Turn-key (Açar təslimi) kimi xidmətləri həyata keçirir.
Təmsil etdiyimiz şirkətlər:
- “Kathrein” (Almaniya)
- “ESB Sistemas” (İspaniya)
- “Draka NK” (Finlandiya)
- “Roxtec” (İsveç)
- “Fimo” (İtaliya)
- “Coiler Repeaters” (Tayvan)
- “TE Connectivity” (ABŞ)
- “Narada Batteries” (Çin)
- “Fiamm Batteries” (İtaliya)
Mənbə:> Oxu.Az