Maksim Fadeyev Bakıda konsert verəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Maksim Fadeyev Bakıda konsert verəcək

Maksim Fadeyev Bakıda konsert verəcək


Tanınmış rusiyalı müğənni, prodüser və bəstəkar Maksim Fadeyev yaxın zamanda Bakıda konsert proqramı ilə çıxış edəcək.

AzNews.info “Moskva-Baku”ya istinadən xəbər verir ki, konsert fevralın 16-da Bakının Konqres Mərkəzinin səhnəsində baş tutacaq.

M.Fadeyev 25 il ərzində ilk dəfədir ki, konsertlər verir. Bu yaxınlarda Moskvada konsert verib, ikinci konserti isə Bakıda təşkil olunacaq.

“25 il konsert verməməyim, əslində, mənim üçün ağır olsa da, bu fasilə məcburiyyətdən doğub. Xoşbəxtlikdən yazdığım hitlər bu gün də bütün dünyada dinlənilir. Mən bu musiqini sevən və onu duyan hər kəsə sonsuz dərəcədə minnətdaram”, - deyə prodüser-bəstəkar bildirib.

Konsert şousunda M.Fadeyevin xüsusi qonağı “Serebro” qrupunun keçmiş iştirakçısı, hazırda isə Molli səhnə adı ilə çıxış edən müğənni Olqa Seryabkina olacaq.

Xatırladaq ki, M.Fadeyev bu yaxınlarda Emin Ağalarovla duet şəklində “Mənim Azərbaycanım” mahnısını yazıb.

Mənbə: Moskva-Baku
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *