Miri Yusif: Mənə unutmayacağım hədiyyə vermisən » AzNews.info -Xəbər portalı


Bölmə: Maqazin, Foto

Miri Yusif: Mənə unutmayacağım hədiyyə vermisən – FOTO

Miri Yusif: Mənə unutmayacağım hədiyyə vermisən


Əməkdar artist Miri Yusif bu gün 41, oğlu Mir Cahid isə 1 yaşını qeyd edir.

Oxu.Az xəbər verir ki, o, sosial media hesabından doğum günü ilə bağlı foto paylaşıb.

Fotoda Yusifin ailəsi yer alıb. Miri doğum günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib.

Həyat yoldaşına xüsusi təşəkkür edən sənətçi Nərgizin ona unudulmaz hədiyyə bəxş etdiyini yazıb:

"Əsl xoşbəxtlik budur - böyük və bir yerdə olan ailə! Tam 1 il əvvəl həyat yoldaşım mənim doğum günümdə Mir Cahidi dünyaya gətirdi!

Bu gün mənim 41, kiçik oğlum Mir Cahidin 1 yaşı tamam olur! Nərgizim, çox sağ ol ki, varsan, çox sağ ol ki, mənə heç zaman unutmayacağım bu hədiyyəni vermisən!
Bütün təbriklərə görə çox sağ olun, əziz ruh əkizlərim!"

Qeyd edək ki, Mir Cahid Miri Yusifin ikinci oğul övladıdır.

Miri Yusif: Mənə unutmayacağım hədiyyə vermisən

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *