Tədbirə göbəyiaçıq geyimdə gəldi, bədəni ilə meydan oxudu – FOTO
Açıq-saçıq geyimləri ilə diqqət çəkən aktrisa Ülfət Bəşir tədbirlərin birinə yenə göbəyiaçıq libasda qatılıb. Fotokameramıza poz verən Ülfət qalmaqallı açıqlamalar verib.
Yenicag.az-a danışan aktrisa məşuqə obrazında tamaşaçılarının görüşünə gələcəyini deyib. Rejissor Emil Abdullayevin “Əfsanə qayıdır” adlı filmində rol alan Ülfət yeni obrazına görə onu qınayanlara qarşı hazır olduğunu deyib:
“Filmdə varlı bir kişinin məşuqəsiyəm. Buna baxmayaraq, filmdə açıq-saçıq səhnələr yer almayıb. Düşünürəm ki, aktrisa istənilən obrazın öhdəsindən gəlməlidir. Söhbət peşəkar aktrisadan gedir. Heç vaxt insanların mənim barəmdə nə düşündüklərinə əhəmiyyət vermirəm. Mən sənət adamıyam, nə istəyirlər danışsınlar”.
Mənbə:> Yeniçağ.az