Tanınmış müğənni hicaba keçdi
31 Avqust 2018Azərbaycanın xalq artisti, tanınmış müğənni Gülyanaq Məmmədova yeni stili ilə diqqəti çəkib.
XALQ.AZ xəbər verir ki, 45 yaşlı müğənni hicablı geyimdə fotosunu şəxsi “İnstagram” səhifəsində paylaşıb.
Müğənninin hicablı fotosu onun izləyicilərinin böyük marağına səbəb olub.
Bəziləri G.Məmmədovanın müsəlman ayinlərinin tələblərinə riayət etdiyini bildirib.
Qeyd edək ki, Gülyanaq Məmmədova Azərbaycanın Xalq artisti, xanəndə Gülyaz Məmmədovanın bacısıdır.
Mənbə:> Xalq.Az