Nağılbazın keçmiş həyat yoldaşı: “İstəyirlər, özümü öldürüm, uşaqlar yetim qalsın?” » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Nağılbazın keçmiş həyat yoldaşı: “İstəyirlər, özümü öldürüm, uşaqlar yetim qalsın?”

Nağılbazın keçmiş həyat yoldaşı: “İstəyirlər, özümü öldürüm, uşaqlar yetim qalsın?”


AzNews.info mərhum reper Anar Nağılbazın intim videosunu yaymaqda ittiham olunan eks-arvadı Anjelika Cəbiyevanın Oxu.Az-a müsahibəsini təqdim edir:

– Haqqınızda olan iddialar səngimək bilmir, buna aydınlıq gətirməyinizi istərdik…

Övladlarım nənəsigildə idi, onlara atalarının ölümü barədə məlumat verməmişəm. Müsahibə vermək də istəmirəm. Övladlarımın üzünə baxıram, onlara açıqlama verə bilmirəm. Nə iddia edirlərsə, etsinlər.

Bunu hamı yaxşı bilir ki, Anar mənimlə evlənməmişdən öncə xəstə olub. Mənim üstümə yıxmaqla nə əldə edirlər? Qaraciyərini mən partlatmamışam, mədə xorasını mən yaratmamışam. Əksinə, müalicə etdirmişəm. Bunu hamı yaxşı bilir, həkimlər də yaxşı bilir.

Qalan nələr olubsa, hamının həyatında problem olur. Boşanan adam boşanır, evlənən də evlənir. Evlənib xoşbəxt olmuşdusa, niyə bu insanı mən öldürəsi oldum? Xoşbəxt olan adam mənə görə ölməməlidir.

Ölənin arxasınca danışmazlar, istəyirəm, bu söz-söhbət yığışdırılsın. Geridə ondan yadigar iki övlad var. Tamerlan və Şərqiyyə onun yadigarıdır. Həmişə o tərəf düşünməsə də, mən uşaqlarımı düşünmüşəm.

– Nağılbazın son zamanlar ağır stress keçirməsinin səbəbini sizinlə əlaqələndirirlər. İddia olunur ki, onun intim videosunu siz yaymısınız…

Həmin videonu mən yaymamışam. Etsəydim, altı il öncə edərdim. Elə həmin vaxt da boşanardım. Əlimdə sübut da var idi. Övladlarım başıaşağı olmasın deyə etməmişəm. İstəmirəm, daha bir zərbə alsınlar. Həmişə atalarını çox istəyiblər.

Onların yanında heç vaxt atalarını pisləməmişəm. Nə qədər də olsa, övladlarımın atası olub. Allah rəhmət eləsin. Haqq dünyasına qovuşub. Allah günahlarını bağışlasın.

– Başqa bir iddia var ki, həmin video iki il öncə sizin əlinizə Nağılbazın kompüterindən keçib və video vasitəsilə onu şantaj edərək pul və ev istəmisiniz…

Altı il öncə ikinci övladım dünyaya gəlməmişdən bir ay əvvəl həmin video əlimə keçib. Videonu görəndən sonra övladımı itirmək qorxusu ilə xəstəxanada yatmışam. Mən ki bağışlamışam…

– Deyirlər ki, sizin əlinizdə ikinci bir video da olub. Keçmiş həyat yoldaşınız o videonun yayılmasından qorxub. Hər iki videodakı xanımın isə sizin bacınızın qonşusu olduğu deyilir…

Bu, söz-söhbət boşdur. Vallah, yalandır. Mən yadigar iki balanın anasıyam, belə iddialar səsləndirmək ayıbdır. Nə istəyirlər? Məqsədləri nədir?

Bu iddialar heç bir məntiqə uymur. Çəkirəmsə, dərman verirəmsə, özümü biabır etməliyəm? Məni təhqir edib. Anara mən demişəm “dərman”lı ol, məni təhqir et? Səhvi olub. Heç kim sabahdan sığortalanmayıb.

Mən indi bayıra çıxaram, məni maşın da vura bilər, ölə də bilərəm. İki balam var, onları böyütməliyəm. Atasız qalıblar, yetimdirlər. Üstlərində yetim damğası var. İmkan versinlər, iki balamı böyüdüm. Uşaqları ataları ilə vidalaşmağa qoymadılar. Bəsdirin!

– Uşaqlara niyə icazə vermədilər ki?

Dedilər ki, gəlməyin. Getmədim.

– Bəlkə, Rizvan bəy sizi təzyiqlərdən qorumaq üçün bu addımı atıb?

Rizvan müəllim mənə pis heç nə deməyib. Dedi ki, qızım, yoldaşımın xasiyyətini bilirəm, , gəlmə, şüvən qoparacaq. Həmişə düz olmuşam, kim məni qınayır, nə deyir, özü bilər. İki balam var, uşaqlarım yetərincə zərbə alıb. Bundan sonra istəyirəm ki, Anardan yadigar qalan övladlarını yaşatsınlar.

Məqsədli şəkildə mənə və övladlarıma az zərbə vursunlar. Neyləmək istəyirlər? Mən də özümə nəsə edim, uşaqlar ortada qalsın? Dincələrlər? Hamı xına çəkər? Uşaqlarıma kim baxacaq? Nənə-baba? Baxırdılarsa, indiyədək baxardılar.

– Hazırda uşaqlarla harada yaşayırsınız?

Kirayə qalırıq. İşimlə əlaqədar övladlarımı gəzdirə bilmirəm. Ona görə də bu işi anam edir. Əlimdən nə gəlirsə, edirəm ki, övladlarımın üzündə kədər görməyim. Uşağa baxıram, fikirləşirəm ki, necə deyəcəm? 10 yaşı var – artıq böyük oğlandır. Məzarı üstdə aparıb deyəcəm ki, vida mərasiminə buraxmadılar? Böyüyəndə övladlarıma necə cavab verəcəklər?

– Deyirlər ki, uşaqları vida mərasiminə siz buraxmamısınız…

Rizvan bəyə zəng elədim ki, vida mərasimi haradadır, övladlarımı gətirim, ataları son mənzilə yola düşür, uşaqlarım ataları ilə vidalaşsın. Dedi ki, gəlmə.

– Bu gün üç mərasimi keçirilir. Dedilər ki, sizi oraya dəvət ediblər. Gedəcəksiniz?

Mənə heç kim icazə verdiyini deməyib. Zəng gəlməyib. Sadəcə, uşaqlarımı götürüb, qəbrinin üstünə gedəcəm. İndi neynirəm vidalaşmağı? Dünən olmalı idi. Yanında övladları olmadı. Bu pisliklə nə qazanacaqlar? Bu qədər pislik etdilər, bəsdirin. Dəfələrlə demişəm, videonu yayan mən deyiləm. Məni ləkələməklə nə qazanacaqlar?

– Rizvan bəyin hər ay sizə aliment ödəməsi məsələsi doğrudur?

Bu il məhkəmə qərarı ilə aliment almışam. Ev məsələsi isə qalıb. Uşaqlarım “havadadır”. Desinlər ki, Anardan yadigar qalan iki balamız var, gəlin, birləşək, onlara bir gün ağlayaq. Başa düşürəm, ana fəryadıdır. Mənim də anam iki övlad itirib. Amma heç kimi ittiham etmək olmaz. Hamımız Allah qarşısında cavab verəcəyik.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *