"Başqasının ərinə "podxod" etməməlidir" - Aytən Səfərova
Aparıcı Aytən Səfərova bəzi qadın müğənnilər barədə status yazıb.
AzNews.info lent.az-a istinadən xəbər verir ki, ifaçı öz statusunu tənqid üzərində qurub:
"Xanım dediyin kəs bədən quruluşundansa, üzdən, qaşdan-gözdən, xasiyyətdən gözəl olmalı, yerişinə və duruşuna fikir verməli, xanım-xatınlığını qoruyub saxlamalı, özünə hörmət etməlidir. Xanım başqalarının işinə burun soxmamalı, qeybət etməməli, dəyərini bilməli, ucuz və əlçatan olmamalı, başqasının ərinə "podxod" etməməli, özünü elə aparmalıdır ki, onu heç bir kişi alçaltmasın. Təəssüf ki, cəmiyyətimiz ucuz qızlarla, əlçatanlarla, bir az pulu olan oğlanlar qarşısında özlərini açıb buraxan və nəticə etibarı ilə küçə iti kimi atılan zənənlərlə doludur. Vaxt olsa, bir az özünüzə hörmət edin. Qadın və xanım sözünü özünüzə yapışdırmayın. Siz axı belələrindən deyilsiniz. Heç vaxt da ola bilməzsiniz".
Mənbə:> Lent.az