"Ailə qursam, azərbaycanlı ilə evlənmərəm" - Niyam Salami
ARB TV-nin "Boş anlar" verilişinin qonağı olan müğənni Niyam Salami maraqlı açıqlamalar verib.
AZXEBER.COM xəbər verir ki, o, yenidən evlənsə, azərbaycanlı xanımla yox, xarici biri ilə ailə quracağını bildirib: "İkinci dəfə yəqin ki, azərbaycanlı xanımla evlənmərəm. Xarici ilə ailə quraram. Bizim xanımlar hamıdan gözəl, hamıdan təmizdir. Sadəcə xarakterim üçün. Mənim dilimi anlamaması üçün xarici ilə evlənərəm. Çox aqressivəm. Bizim mentalitetimiz tamam başqadır.
Xaricdə ailələr çox səmimidirlər. Mənə də deyirlər ki, öz ailəsində problem var, çıxıb efirdə məsləhət verir. Çox vaxt getmirəm, çünki hər ailənin öz qayda-qanunu var".
Mənbə:> Azxeber.com