"Elə bil, yasa gəlmişdi" » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

"Elə bil, yasa gəlmişdi" – Röya Nigara əsəbiləşdi

"Elə bil, yasa gəlmişdi"



Əməkdar artist Röya Ayxanla "Eurovison 2011"in qalibi Nigar Camal arasında soyuq küləklər əsir.

Mynews.az-ın məlumatına görə, müğənnilər arasındakı soyuqluq Türkiyədə keçirilən "Altın kelebek" mükafatlandırma gecəsində başlayıb.

Nigar sosial şəbəkədə Röyanın fotosunu paylaşaraq onu mükafat alması münasibəti ilə təbrik edib.

Amma onun bu addımını Röya qeyri-səmimi adlandırıb. Röya stilist Anar Ağakişiyev, Nigar və özünün yer aldığı şəkli paylaşaraq bunları yazıb:

"Siz fotonu görürsünüz? Bunlar kimi olmadığım üçün üzümdəki ifadədən hər şeyi anladınız yəqin. Yox? O zaman deyim. Mən bu qızı (Nigar Camal - red) dünyalar qədər sevirdim. Dünən ödül gecəsində əsəbini, bağırtısını görüb və mənə Allahın salamını verməyəndə şoka düşdüm. Niyə? "Ay Anar Ağakişiyev, bir şeymi var, ya da nəsə oldu" deyə, soruşdum. Gözəlim, niyə yoxsan? Haradasan? Niyə salam və ya Allahın təbrikini yanımda ola-ola yox, İnstaqramda yazırsan? İradə xala (müğənni İradə İbrahimova - red.) kimi sənə də sonra çatdı? Bir sözlə, qızlar, bilet alım, siz də minin, uçun evinizə. İndi burada bala kamaz ana kamaza yol göstərir?".

"Elə bil, yasa gəlmişdi"


Röya mükafatlandırma gecəsində makiyajını özünün etməsi məsələsinə də toxunub. O, Anarla videosunu paylaşaraq yenidən Nigara söz atıb:

"Anar, utandın, gəldin yanıma? Olsun, biz bacarıqlıyıq. Sevinirəm ki, yenə də yanımdasan.Üç-dörd bacarıqlı dostlarım var. Amma ən lazımlı anda işləri çıxır. Ya da sənin kimi "padruqamla" gələrsən... O da elə bil yasa gəlmişdi".

Qeyd edək ki, İ.İbrahimova Röya haqqında "Türkiyədə star olmayacaq" sözlərini demişdi. Röya isə ona "İradə xala" deyə, müraciət etmişdi.

"Elə bil, yasa gəlmişdi"
"Elə bil, yasa gəlmişdi"


Mənbə: Mynews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *